“Filenin Sultanları” tarix yazdı - FOTO

Türkiyə Qadınlar Milli Voleybol Komandası 2026-cı il FIVB Millətlər Liqasının (VNL) finalında Braziliyanı 3:1 hesabı ilə məğlub edərək, turnirdə ikinci dəfə çempion olub.

Bizim.Media  xəbər verir ki, Çinin Makao Xüsusi İnzibati Bölgəsindəki “East Asian Games Dome”da keçirilən finala Braziliya daha yaxşı başlayıb və ilk seti 25:23 hesabı ilə qazanıb.

Lakin Türkiyə millisi növbəti setlərdə oyunun gedişini dəyişərək, 25:23, 26:24 və 25:21 hesablı qələbələrlə ardıcıl üç seti öz aktivinə yazıb və 3:1 hesabı ilə qalib gəlib.

 

Türkiyənin qələbəsində əsas pay sahibi Melissa Varqas olub. Ulduz hücumçu final qarşılaşmasını 33 xalla başa vuraraq, matçın ən məhsuldar oyunçusu olub. Hande Baladın 19, İlkin Aydın isə 16 xalla komandaya töhfə verib.

 

Türkiyə bununla VNL tarixində ikinci qızıl medalını qazanıb. Milli komanda turnirdə daha əvvəl bir gümüş və bir bürünc medal da əldə edib.

2018-ci ildən keçirilən Millətlər Liqasının final mərhələsində Türkiyə ardıcıl səkkizinci dəfə iştirak edib. Komanda 2023-cü ildə finalda Çini məğlub edərək ilk çempionluğunu qazanmışdı.

2026-cı ildə isə “Filenin Sultanları” finalda Braziliyaya qalib gələrək, kuboku yenidən Türkiyəyə aparıb. Braziliya isə VNL tarixində beşinci dəfə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Türkiyə millisinin baş məşqçisi Daniele Santarelli də komanda ilə daha bir böyük uğura imza atıb. İtaliyalı mütəxəssis 2023-cü ildə VNL və Avropa çempionluğu, 2025-ci ildə isə dünya çempionatının gümüş medalı ilə yanaşı, 2026-cı ildə VNL qızılını da qazanıb.

Final Türkiyə üçün Braziliyaya qarşı əvvəlki məğlubiyyətin də revanşı olub. Türkiyə 2024-cü il Paris Olimpiadasında bürünc medal uğrunda görüşdə Braziliyaya uduzmuşdu. İki il sonra komandalar yenidən mühüm medal qarşılaşmasında üz-üzə gəlib və bu dəfə qələbə Türkiyənin olub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hansı rayonlarda nə qədər şəxs işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonlarda nə qədər şəxs işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

End of content

No more pages to load

RADİO