Futbol üzrə milli komandamızın üzvü Rahil Məmmədov yenidən xaricdə çıxış edə bilər.
Bizim.Media xəbər verir ki, son klubu “Araz Naxçıvan” olan futbolçu Rumıniyanın “Otselul” klubunun diqqətini cəlb edib.
Hazırda adıçəkilən klubun rəsmiləri Rahillə danışıqlara başlayıblar. Onlar keçidi bu yay həll etməyə çalışacaqlar. “Şəfa”nın da transfer etmək istədiyi 30 yaşlı müdafiəçi yaxın günlərdə dəqiqi qərarını verməlidir.
Qeyd edək ki, Rahil Məmmədov karyerası ərzində “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə” və Polşanın “Radomyak” klublarının şərəfini qoruyub.
Bizim.Media