Bakının bir sıra yollarında tıxac yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Bizim.Media