ABŞ silahlı qüvvələri İranın cənubundakı Larak adasında iki raket kompleksini məhv edib.
Bizim.Media “Axios”a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib.
İddiaya görə, İran ordusu həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər atmaq üçün istifadə etmək niyyətində idi. Hücum nəticəsində iki nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın Larak adasına dron hücumuna raket və pilotsuz uçuş aparatları (PUA) ilə cavab verib. ABŞ-nin İordaniyadakı "Müvəffəq Salti" bazası atəşə tutulub.
"Düşmənin texniki və təmir infrastrukturları, eləcə də qırıcılarının yerləşdiyi Məlik Hüseyn və Əl-Əzrəq adlı iki aviabazası darmadağın edilib", - SEPAH-ın bəyanatında bildirilib.
Bizim.Media