Şəmkirdə evdə kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbaslı kəndində baş verib.
1983-cü il təvəllüdlü Elman Həsənovun cansız bədənini onun yaşadığı ünvanda ilk olaraq qonşusu aşkar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu