Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatında ən çox qol vuran oyunçular siyahısında birinci yerə yüksəlib.
Bizim.Media xəbər verir ki, 1/16 final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu iki qol Mbappenin turnirdəki ümumi qol sayını səkkizə çatdırıb. Onun hesabında ümumilikdə 6 qol və 2 məhsuldar ötürmə var.
Bu göstərici ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsuldar ötürməsi qeydə alınmayıb.
Bununla belə, Argentina millisinin turnir çərçivəsində Kabo-Verde ilə daha bir oyunu qaldığından, siyahıda dəyişiklik ehtimalı hələ qalır.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnirin iyulun 19-da başa çatması nəzərdə tutulur.
<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/DMbs_cqC1UE" title="Mbappedən tarixi nailiyyət – Dünya Çempionatlarında 18-ci qol" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media