“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub.
Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Braziliyalı futbolçu karyerasına Rusiyada davam edəcək. O, “Rostov”la anlaşıb.
Bizim.Media