Keçmiş UFC döyüşçüsü Xəbib Nurməhəmmədov 2026-cı il dünya çempionatının favoriti kimi Almaniya millisini hesab etdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Okko Sport"un sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
"Almanlar birincidir. Onlara azarkeşlik etməsəm də, düşünürəm ki, almanlar birinci yerdədir. İkinci yerə niderlandlıları, üçüncü yerə isə ispanları qoyardım", - deyə Nurməhəmmədov bildirib.
Almaniya millisi mundialdakı ilk matçında Kürasao yığmasını 7:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir.
Bizim.Media