İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Fələstinin HƏMAS hərəkatı ilə mümkün sülh sazişi məsələsində fikir ayrılıqlarının olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
“HƏMAS-la son razılaşma məsələsində Prezident Trampla fikir ayrılıqlarım var və bunu gizlətmirəm”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, Qəzza zolağının bərpası mərhələsinə keçməzdən əvvəl HƏMAS silahsızlaşdırılmalı, Qəzza isə tamamilə demilitarizasiya edilməlidir.
Bizim.Media