Ukrayna Müdafiə Qüvvələri döyüş əməliyyatlarında ilk dəfə pilotsuz uçuş aparatları vasitəsilə cəbhə xəttinə çatdırılan robotlardan istifadə edərək hava-desant hücumu həyata keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Forbes nəşri yayıb.
Məlumata görə, ağır yükdaşıyan pilotsuz uçuş aparatı Rusiya ordusunun arxa cəbhəsinə ARK-1 adlı yerüstü robotlaşdırılmış döyüş kompleksini çatdırıb.
Nəşr qeyd edir ki, bu əməliyyat döyüş meydanında pilotsuz uçuş aparatları ilə yerüstü robot sistemlərinin birgə istifadəsinin ilk nümunələrindən biri hesab olunur.
Bizim.Media