Rusiya ordusu ötən gecə Ukraynanın bir neçə vilayətinə hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində 4 nəfər, o cümlədən 2 uşaq həlak olub, azı 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, zərbələr Sumı, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərini hədəf alıb.



Bizim.Media