Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Rəfael Güləliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəfael Güləliyevə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2026-cı il martın 19-da saat 19 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən yaşayış binasının qarşısındakı köməkçi tikilidə baş verib.

Belə ki, Rəfael Güləliyev əvvəlcədən özü ilə gətirdiyi bıçaqla tanışı, zərərçəkmiş Mahir Rəsulovla (soyadı şərtidir) aralarında yaranmış borc mübahisəsi zamanı ona çox sayda zərbə endirib.
 

İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxs təqsirləndiriləndən 1 500 manat borcunu geri qaytarmasını tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəfael Güləliyev bıçaqdan istifadə edərək Mahir Rəsulovun sol saidinin yuxarı hissəsinə, sol əlinə, sol buduna və bel nahiyəsinə zərbələr vurub.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilən xəsarətlərdən bel nahiyəsində qarın boşluğuna keçən və enən çənbər bağırsağını zədələyən yara həyat üçün təhlükəli hesab olunub və sağlamlığa ağır zərər vuran xəsarət kimi qiymətləndirilib. Digər bıçaq yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi dəyərləndirilib.

Məhkəmə iclasında ifadə verən Rəfael Güləliyev ittiham üzrə özünü qismən təqsirli bildiyini, lakin zərərçəkmişə yalnız bir bıçaq zərbəsi endirdiyini deyib.

Onun sözlərinə görə, hadisədən əvvəl Mahirdən 3 000 manat borc alıb və həmin məbləğin 2 700 manatını müxtəlif vaxtlarda geri qaytarıb. Borcun cəmi 300 manat qaldığını düşünsə də, zərərçəkmiş ondan 1500 manat tələb edib.

Rəfael Güləliyev ifadəsində qeyd edib ki, borc məsələsinə görə Mahirlə aralarında bir neçə dəfə mübahisə yaranıb:

"O mənə telefon vasitəsilə davamlı təhqiramiz və hədə dolu səsli mesajlar göndərib, "səni vuracağam", "boynunu üzəcəyəm", "haradan çıxacağımı bilməyəcəksən" kimi ifadələr işlədirdi. Bu səbəbdən təhlükəsizliyim üçün bir müddət Bakı şəhərinə getdim, lakin Novruz bayramı günlərində yenidən Salyana qayıtdım. Hadisə günü Mahir məni qaraja çağırdı. Mən isə ehtiyat məqsədilə özümlə bıçaq götürərək görüşə getdim".

İfadəsində qeyd edib ki, qarajda zərərçəkmiş əvvəlcə onu təhqir edib, sonra isə orada olan mətbəx bıçağına əl ataraq boğazını kəsməklə hədələyib.

Rəfael Güləliyev bildirib ki, o da cibindən bıçağı çıxarıb. Daha sonra Mahir onun boğazından tutduğundan ona yumruq vurub:

"Mahir yenidən mətbəx bıçağına tərəf uzanarkən cibimdəki bıçaqla ardıcıl üç zərbə endirdim. İlk iki zərbə dəymədi, yalnız üçüncü zərbə onun bədəninə daxil oldu".

Təqsirləndirilən şəxs deyib ki, zərbədən sonra hadisə yerini tərk edib. Bir qədər sonra yenidən geri qayıdaraq bıçağı zərərçəkmişin boğazına dirəyib ondan "qələt eləmişəm" deməsini tələb etsə də, fikrini dəyişərək oradan uzaqlaşıb.

O, hadisədən sonra yenidən Bakıya getdiyini, daha sonra polis əməkdaşının zəngindən sonra geri qayıtdığını və Mahirin ona göndərdiyi səsli mesajların telefonunda sübut kimi saxlandığını da məhkəməyə bildirib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Perseid meteor yağışı olacaq – BU TARİXDƏ

Perseid meteor yağışı olacaq – BU TARİXDƏ

Nəfəs borusunda qida qalan körpə VƏFAT ETDİ

Nəfəs borusunda qida qalan körpə VƏFAT ETDİ

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edildi - FOTO

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edildi - FOTO

Universitetlərə ixtisas seçiminin VAXTI AÇIQLANDI

Universitetlərə ixtisas seçiminin VAXTI AÇIQLANDI

ATƏT-in sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

ATƏT-in sədri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Suraxanıda avtomobil neft quyusuna aşdı - VİDEO

Suraxanıda avtomobil neft quyusuna aşdı - VİDEO

DİQQƏT! Bakı metrosunda tikinti mərhələsi BAŞLAYIR – TARİX AÇIQLANDI - VİDEO

DİQQƏT! Bakı metrosunda tikinti mərhələsi BAŞLAYIR – TARİX AÇIQLANDI - VİDEO

"Quba Palace"da qolf turniri keçirildi -FOTOLAR - VİDEO

"Quba Palace"da qolf turniri keçirildi -FOTOLAR - VİDEO

Mütəxəssislər həyəcan təbili çalır: Ana südündən uzaqlaşma xərçəng RİSKİNİ ARTIRIR

Mütəxəssislər həyəcan təbili çalır: Ana südündən uzaqlaşma xərçəng RİSKİNİ ARTIRIR

Həyat yoldaşının xəyanət etdiyini öyrəndi, məscidin qarşısında boğazını kəsdi

Həyat yoldaşının xəyanət etdiyini öyrəndi, məscidin qarşısında boğazını kəsdi

Ukrayna ilk dəfə döyüşdə dronlarla daşınan robotlardan istifadə etdi

Ukrayna ilk dəfə döyüşdə dronlarla daşınan robotlardan istifadə etdi

Ceyhun Bayramov ATƏT-in sədrini belə qarşıladı – FOTO

Ceyhun Bayramov ATƏT-in sədrini belə qarşıladı – FOTO

Rusiya ötən gecə Ukraynanın hansı ərazilərinə zərbə endirib? – FOTO

Rusiya ötən gecə Ukraynanın hansı ərazilərinə zərbə endirib? – FOTO

Netanyahu Trampla fikir ayrılığını etiraf etdi

Netanyahu Trampla fikir ayrılığını etiraf etdi

İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb

İranın neft ixracı SEPAH-a milyardlarla dollar qazandırıb

Pakistan ABŞ və İran arasında gizli diplomatik vasitəçilik edir

Pakistan ABŞ və İran arasında gizli diplomatik vasitəçilik edir

Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına səs verə biləcəklər

Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına səs verə biləcəklər

Gələn aydan kimlərə kompensasiya ödəniləcək?

Gələn aydan kimlərə kompensasiya ödəniləcək?

Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi

Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi

“Uşaq qidalarına vergi və gömrük rüsumları azaldılmalıdır” – Deputatdan TƏKLİF

“Uşaq qidalarına vergi və gömrük rüsumları azaldılmalıdır” – Deputatdan TƏKLİF

Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Taekvondo yığması dələduzların qurbanı oldu: Yarışa gedə bilmirlər – VİDEO

Taekvondo yığması dələduzların qurbanı oldu: Yarışa gedə bilmirlər – VİDEO

Pezeşkian Xameneyi ilə gizli şəkildə görüşüb?

Pezeşkian Xameneyi ilə gizli şəkildə görüşüb?

End of content

No more pages to load

RADİO