Mütəxəssislər həyəcan təbili çalır: Ana südündən uzaqlaşma xərçəng RİSKİNİ ARTIRIR

Ənənəvi olaraq hər il avqustun ilk həftəsi bütün dünyada “Ümumdünya Əmizdirmə Həftəsi” qeyd edilir. Bu həftə ana südünün müdafiəsini, ana südünə dəstəyi və bu mövzuda qlobal maarifləndirməni əhatə edir. Ümumdünya Əmizdirmə Həftəsini daha aydın şəkildə anlamaq üçün bir qədər bu təşəbbüsün tarixçəsinə və fəaliyyət mexanizminə nəzər yetirmək gərəkdir.

Bu tədbir 1992-ci ildən etibarən Dünya Ana Südü ilə Əmizdirmə Fəaliyyəti Alyansı  tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in dəstəyi ilə keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Övladına süd verməyən analara XƏBƏRDARLIQ – “Kim süni qidanı tərifləyirsə...”


1990-ci ildə İtaliyanın Florensiya şəhərində  ÜST və UNICEF tərəfindən ana südü ilə qidalandırmanın təşviqi üçün ilkin işlərə başlanılıb. Təşkilatçıların rəyinə görəhər bir körpə  ilk 4-6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalıdır.

Çünki ana südü təkcə körpənin immun sistemini gücləndirmir, həm də ananı bir çox xəstəliklərdən qoruyur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ginekoloq Təranə Həsənova hesab edir ki, qadınlarda müşahidə olunan süd vəzi xərçənginin yaranmasının səbəblərindən biri doğulan körpəyə ana südünün verilməməsidir:

“Çünki, süd vəzi qadında yalnız müəyyən vaxtda - uşaq doğulandan sonrakı südvermə dövründə işləyir. Sonrakı dövrlərdə süd vəzi aktiv olmur. Biz hər zaman analara tövsiyə edirik ki, süd vəzini maksimal dərəcədə işlətsinlər. Bu da yalnız körpə doğulandan sonrakı dövrdə mümkündür. Nə qədər süd yığılır, o qədər də uşağa süd vermək lazımdır. 
 

Amma nə edək ki, müxtəlif səbəblərə görə gənc analar körpəsinə ana südü verməkdən imtina edirlər. Bu da sonradan problemlərə yol açır. Dəfələrlə rastlaşmışıq ki, bəzi qadınlar körpəsinə uzun müddətli süd verməyib.


Nəticədə süd vəzində problemlər yaranıb, süd vəzində süd axarları genişlənib. Elə qadınlar var ki, onlara tövsiyə edirik ki, süd vəzinin sağlamlığı üçün yenidən ana olsun və körpəsini ana südü ilə bəsləsin. Süd vəzi xərçəngini yaradan digər səbəblər də var. Bunlar süd vəzinə implantların qoyulmasından, dar alt paltarının geyinilməsinə qədər olan səbəblərdir. Yəni, bu xəstəliyi yaradan mexaniki səbəblər də var”.

Süni qidalanma sahəsində acı reallıq.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, bizim Birlik 2000-ci ildən  Beynəlxalq Körpə Qidası Fəaliyyət Şəbəkəsinin (IBFAN) üzvüdür:

“Ona görə də biz ölkəmizdə ana südü ilə qidalanmanı uzun illərdir ki, təqib edirik. Və təəssüflə qeyd edim ki, bu sahədə vəziyyət ölkəmizdə heç də ürəkaçan deyil. Belə ki, rəsmi məlumatlara görə bu gün ölkəmizdə yalnız körpələrin 25 faizi ana südü ilə qidalanır.Beynəlxalq hüquqa və tibbi qaydalara görə yeni doğulan körpə bir neçə saat ananın sinəsinin üstünə  qoyulmalıdır. Belə olan təqdirdə həm körpə ana südünə öyrəşir, həm də anada süd ifrazı artır.

Lakin əldə etdiyimiz məlumatlara görə doğum evlərinin bəzilərində körpə anadan ayrı saxlanılır və hətta ona ilkin olaraq süni qida verilir. Çox asanlıqla süni qida qəbul edən körpədə az müddət sonra asılılıq yaranır və o, ana südündən imtina edir”.

Müsahibimiz onu da qeyd edib ki, problemin həlli üçün hökümətimiz bir neçə il qabaq “Erkən yaşda körpələrin qidalandırılması haqqında” qanun qəbul edib:

“Həmin qanunda çox ciddi tələblər var. Xüsusilə də süni qidaların məhdudlaşdırılmasına dair.

Hətta pediatrlarla süni qida şirkətləri nümayəndələri arasında əlaqələrin qadağası ilə bağlı cəza tədbirləri qanunda yer alıb.Çox təəssüf ki, süni qida istehsalçıları təkcə apteklərə yox, hətta doğum evlərinə, uşaq xəstəxanalarına yol tapa biliblər. Ona görə də ölkəmizdə süni qidalnma faizi əksər dünya ölkələrindən yüksəkdir.Bu isə ciddi siqnal olmalıdır. Çünki süni qida uşaqların immun sistemini zəiflədir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO