“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini reallaşdırıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Avstriya Bundesliqasında çıxış edən “Admira Mödlinq”in futbolçusu, Patrik Robson de Souza Montero “Qəbələ”də icarə əsasında 1,5 il oynayacaq.
Qeyd edək ki, 23 yaşlı braziliyalı hücumçu Avstriya klubunda 8 oyun keçirərək bir qola və bir məhsuldar ötürməyə imza atıb.
Bizim.Media