İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Bizim.Media xəbər verir ki, 20-ci turun “Lids” – “Aston Villa” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 28-də keçirilməyəcək.
Buna səbəb “Lids”in bir neçə futbolçusunun koronavirusa yoluxmasıdır.
Qarşılaşmanın nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, “Lids”in “Liverpul”la 19-cu turdakı matçı da eyni səbəbdən təxirə düşüb.
Bizim.Media