İtaliyanın "Kataniya" klubu yerli şəhər məhkəməsinin qərarı ilə müflis elan olunub.
Bizim.Media xəbər verir ki, eyniadlı şəhərin təmsilçisinin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı var.
"Fillər" bu müddət başa çatanadək C seriyasında çıxışını davam etdirəcək.
1908-ci ildə "Pro Patriya" adı ilə yaradılmış klub 1946-cı ildən "Kataniya" adlanır. A Seriyasında 14 mövsüm keçirmiş komanda sonuncu dəfə 7 il əvvəl elitada mübarizə aparıb. (Fanat.az)
Bizim.Media