“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda keçiriləcək və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq.
Antalyada məskunlaşacaq "Neftçi" 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Bizim.Media