Dünya şöhrətli futbolçu Kriştianu Ronaldu futbolkasını hərraca çıxarıb.
Bizim.Media "Sport.ru"-ya istinadən xəbər verir ki, o, satışdan əladə ediləcək gəliri Palma adasında Kumbre-Vyexa vulkanının püskürməsi nəticəsində evləri dağılan şəxslərə bağışlayacaq.
Qeyd edək ki, dekabrın 19-dan püskürməyə başlayan vulkan hələ də sönməyib. Artıq adadakı 1000 tikili sıradan çıxıb, 6000 şəxs təxliyyə edilib.
Bizim.Media