Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.
Bizim.Media xəbər verir ki, Elnur Məmmədov müvəqqəti olaraq nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmr imzalayıb.
Bu təyinatadək Elnur Məmmədov müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Qırğızıstan Respublikasında idman sahəsində çalışıb.
Bizim.Media
