Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, millimiz evə Avstriya yığmasına 0:3 hesabı ilə uduzub.
Matçın 42-ci dəqiqəsində Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. R.Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.
Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb.
Bizim.Media