Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Bakıdan 265 km aralıda yerləşən bu rayonumuz bir vaxtlar ucsuz-bucaqsız çöllük, bataqlıq olub. Bu üzdən də köçəri quşların, onları ovlamağa çıxmış çöl heyvanların oylağı və bu sonuncuların da həvəsinə gəlmiş macəraaxtaran kişilərin də  məskəni idi. Elə rayonun adı da tam təyinatı üzrə götürülüb. Adının mənasından öncə rayonun tarixinə baxaq:

Eradan əvvəl III minilliyə aid olduğunu sübut edən ən mühüm arxeoloji abidə Qaraməmmədli kəndi yaxınlığındakı tunc dövrünə xas Qoçtəpə kurqanı ərazinin tarixi köklərinə sübutdur.

Xəritədən müəmmalı şəkildə yoxa çıxmış qədim şəhər

Amma daha maraqlı bir fakt odur ki, orta əsrlərdə mövcud olmuş, sonralar isə tarixin səhifələrindən samanlığa düşən qızıl iynə kimi itmiş bir şəhər məhz indiki Yevlax rayonunda yerləşib. Ərəş (farslar Araş deyir) şəhəri Yevlaxın Xaldan kəndindən təxminən 3 km şərqdə yerləşib. Orta əsrlərdə Azərbaycanın mühüm ticarət və ipəkçilik mərkəzlərindən biri olub. Hazırda qala divarlarının xarabalıqları hələ də qalmaqdadır. Amma şəhər tarixin hansı illərində, hansı şəraitdə xəritədən silinib bəlli deyil...
 

XIX əsrin 80-ci illərində Bakı-Tiflis dəmiryolunun çəkilməsilə əlaqədar olaraq stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax stansiyası, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanıb. 1935-ci ildən Sovet Azərbaycanının rayonları sırasına qatılıb.  


1962-ci il Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov (hazırki Goranboy) rayonlarına verilərək, sənaye şəhərinə çevrilib. 1965-ci ildə isə yenidən müstəqil rayona çevrilib.

Azərbaycanın əsas nəqliyyat qovşağı

1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Yevlaxda bir-birinin ardınca iri sənaye obyektləri tikildi, 70-80-ci illərdə Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, Dəmir beton məmulatları, Çörək zavodu, Traktor təmiri, pivə və spirtsiz içkilər zavodu fəaliyyətə başladı.  1978-ci ildə istifadəyə verilən, Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikanın 3 ən iri sənaye şəhərindən birinə çevrildi.
 

Elə günümüzdə də, Yevlax ölkə əhəmiyyətli strateji bir bölgəmizdir. Coğrafi mövqeyinə görə ölkənin tam mərkəzində, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Qazax magistral yolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri məhz Yevlaxdan keçir.


Ruslaşdırılmış türk adı

Yevlax sözü əski türkcədə “bataqlıq və ya nohur” deməkdir. Toponim ilk dəfə XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əsərində xatırlanır. Osmanlı hakimiyyəti dövründə 1593-cü ildə tərtib olunmuş maliyyə dəftərində Yevlax Gəncə vilayətinin tərkibində olan və Kürqırağı obaları əhatə edən sancaqlıq kimi qeyd edilir. Mənbələrdə ərəb əlifbası yazılmış bu sözü "Yovlaq" və "Yavlaq" kimi müxtəlif şəkildə oxumaq mümkündür.

Elə buradan “laq” sonluğunu götürsək, əslində söz yarıbayarı anlaşılacaq. Türk dillərində “laq” şəlkilçisi ərazi, məkan mənasındadır. Məsələn oylaq, otlaq, qışlaq, yaylaq və s. Şəkilçi zamanla aşınaraq, xüsusilə Sovetlər dönəmində, rus dilinə uyğunlaşdırılıb, öncə şifahi, daha sonra yazılı ədəbiyyatda dəyişib.  
 

Yevlax toponiminin ilk hissəsi haqqında müxtəlif fikirlər mövcuddur. Azərbaycanın böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanında  yazdığına görə bu ərazi Ovlaq adlanırdı. Bəzi tədqiqatçılar bu izahı qəbul edərək toponimi "ovlaq" sözünün təhrif forması kimi qəbul edirlər. Ən ağlabatan versiyalardan biridir. Çünki bataqlıq, çöllük ərazi olduğu üçün bura uzun müddət səltənət dövründə sancaqbəylərinin, xanların, ağaların ov yeri olub.


Digər bir mülahizəyə görə, toponimin əsasında qədim türk dillərində, hazırda Azərbaycanın Cəlilabad, Biləsuvar və Yardımlı bölgəsində “pis, bekara, yaman” mənasını verən “yava” sözü var. Yavlaq kimi qəbul etsək, ərazinin ovdan başqa işə yaramadığı, əkinçilik və yaşayış üçün əlverişli olmadığını nəzərə alaraq niyə pis yer kimi adlandırıldığını anlamaq olar. Rayonun ərazisində quru və yarımsəhra iqlimi hakim olsa da, Kür çayı boyunca növ müxtəlifliyi ilə seçilən nadir Tuqay meşələri indi də qorunub saxlanmaqdadır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Azər Bağırov qələbəni ona həsr etdi

Azər Bağırov qələbəni ona həsr etdi

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

End of content

No more pages to load

RADİO