Aktrisa Ülviyyə Xəlilbəyovanın qayınana ilə bağlı videoya yazdığı şərh müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə cəhənnəmdə yandığı əks olunan qayınananın “Gəlin, məni bağışla. Sənə etdiklərimə, çəkdirdiklərimə görə məni bağışla” sözlərinə aktrisa “Amin, İnşallah” şərhini yazıb.
Ülviyyənin bu rəyi sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Aktrisa daha sonra şərhini silib.
Qeyd edək ki, Ülviyyə Xəlilbəyova aktyor Murad İsmayılla ailəli olub. Cütlük bir neçə il əvvəl boşanıb. Onların iki övladı var. (Axşam.az)
Bizim.Media