Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Tailandın paytaxtı Banqkokda keçirilən İllik Toplantıları çərçivəsində razılaşdırılıb.

Nazirin I müavini Anar Kərimov ötən gün BVF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib. Azərbaycan Mərkəzi Bankının sədri, Dünya Bankının ölkəmiz üzrə rəhbəri Taleh Kazımovun da iştirak etdiyi iclasda qlobal iqtisadiyyat və maliyyə bazarlarının mövcud vəziyyəti, eləcə də inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində BVF və DBQ tərəfindən həyata keçirilən tədbirlər müzakirə olunub.
 

Bu gün isə A.Kərimov BVF və DBQ-nin İllik Toplantılarının plenar iclasında iştirak edib. Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, mərkəzi bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda BVF-nin Sərəncamçı direktoru Kristalina Georgiyeva və DBQ-nin Prezidenti Ajay Banqa dünya iqtisadiyyatının mövcud vəziyyəti, eləcə də qlobal iqtisadi inkişaf perspektivləri və əsas çağırışlar barədə çıxış ediblər.


Çıxışlarda qlobal dövlət borcunun artması, xüsusilə inkişaf etməkdə olan ölkələrdə borc dayanıqlığının təmin edilməsi məsələlərinə də toxunulub.

Bu gün A.Kərimov BVF-nin Sərəncamçı direktorunun müavini Bo Li ilə də görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, eləcə də BVF ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub.

A.Kərimov ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması, qeyri-neft sektorunun inkişafı, büdcə gəlirlərinin şaxələndirilməsi, nəticəəsaslı büdcə mexanizminin tətbiqi və fiskal risklərin monitorinqinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb.

Nazirin birinci müavini dövlət maliyyəsinin idarə edilməsi, ortamüddətli büdcə planlaşdırılması, fiskal qaydaların tətbiqi və institusional potensialın gücləndirilməsi sahələrində BVF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bu istiqamətlərdə islahatların davam etdirilməsi üçün BVF-nin texniki yardımının genişləndirilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Bo Li qlobal iqtisadi artım tempinin zəifləməsi və beynəlxalq iqtisadi mühitdə mövcud olan risklərin ölkələrin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini bölüşüb. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib və BVF-nin bu sahələrdə ölkəmizə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə isə Bankla mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə Dünya Bankı tərəfindən göstərilən davamlı dəstək yüksək qiymətləndirilib, uzunmüddətli tərəfdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına və institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

A.Kərimov Azərbaycanda dövlət müəssisələrinin monitorinqi və onların maliyyə hesabatlarının təhlili sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat verərək, bu istiqamətdə Dünya Bankının göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirib.

Görüşdə, həmçinin dövlət müəssisələrinin monitorinqinə məsul qurumların iştirakı ilə keçirilən Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının 2027-ci ildə Bakı şəhərində təşkilinə dair Dünya Bankı ilə ilkin razılığın əldə edildiyi və bu məqsədlə hazırlıq tədbirlərinin görüldüyü bildirilib.
 

Səfər çərçivəsində "Bank of America"nın nümayəndələri ilə keçirilən görüşdə isə Azərbaycanın beynəlxalq kapital bazarlarına çıxış imkanları, suveren maliyyələşmə alətlərinin şaxələndirilməsi və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq maliyyə bazarlarının təqdim etdiyi imkanlardan səmərəli istifadə və ölkəmizin investisiya cəlbediciliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.


Daha sonra BVF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun icraçı direktoru Patrik Loşevski ilə görüşdə Azərbaycan ilə BVF arasında əməkdaşlığın əsas istiqamətləri, IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində qarşılıqlı fəaliyyət və ölkəmizin makroiqtisadi prioritetləri müzakirə olunub. Tərəflər ölkəmizin Seçki Qrupunda təmsilçiliyinin gücləndirilməsi və bu çərçivədə koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan nümayəndə heyəti "Moody"s" beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə də görüşüb. Görüşdə Azərbaycanın suveren kredit profili, beynəlxalq maliyyə bazarlarındakı mövqeyi və investor etimadının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

A.Kərimov Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinin ölkənin makroiqtisadi sabitliyinin, güclü fiskal mövqeyinin və xarici dayanıqlığının beynəlxalq səviyyədə qiymətləndirilməsinin mühüm göstəricisi olduğunu bildirib. O, "Moody"s" agentliyi tərəfindən Azərbaycanın suveren kredit reytinqinin "Ba1"dən "Baa3" səviyyəsinə yüksəldilməsini və reytinq üzrə "müsbət" proqnozun saxlanılmasını həyata keçirilən iqtisadi islahatların nəticələrinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Bundan əlavə, Fransanın "Societe Generale" bank qrupu ilə keçirilən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər ölkəmizdə investisiya layihələrinin maliyyələşdirilməsi, özəl sektorun maliyyə imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsal maliyyə həlləri və dayanıqlı maliyyələşdirmə sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

End of content

No more pages to load

RADİO