Rusiya Prezidenti Vladimir Putin hazırda xüsusi hərbi əməliyyatlar zonasında olan komandirlərin məruzələrini dinləyib.
Bizim.Media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Dobropolyeni tam nəzarətə götürüb.
Məruzələrdə bildirilib ki, Ukraynada təhlükəsizlik zonasının yaradılması danışıqların mövzusu olmayacaq. Qeyd olunub ki, Donetsk Xalq Respublikasının ərazisinin 10 faizi, Zaporojye vilayətinin isə təxminən 16 faizi Kiyevin nəzarətində qalır.
Bundan əlavə, Donetsk Xalq Respublikasında Alekseyevo-Drujkovkanın nəzarətə götürüldüyü, Luqansk Xalq Respublikasının isə tamamilə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu iddia edilib.
Həmçinin Rusiya hava hücumundan müdafiə sistemlərinin uğurlu ələkeçirmə göstəricilərinin beş dəfə artdığı bildirilib.
Bizim.Media