Amerikanın “Tesla” şirkəti yeni uçan elektrik avtomobili “Roadster”i təqdim edib.
Bizim.Media xəbər verir ki, təqdimat zamanı avtomobil sıxılmış qaz püskürdücüsünün köməyi ilə havaya qalxıb və havada çevrilib.
O, həmçinin tərs səth üzərində hərəkət edib.
Avtomobil havada çevrilmək qabiliyyətinə malikdir və saatda 100 kilometr sürətə bir saniyədən az müddətdə çatır. Maksimal sürəti isə saatda 370 kilometrdir.
Şirkət avtomobilin seriya istehsalına 2028-ci ildə başlamağı planlaşdırır.
“Tesla” idman avtomobilinin üç versiyasını təqdim edib. Onlardan ən güclüsü olan “Rocket” versiyası yalnız dəvətnamə əsasında əldə edilə biləcək və ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilməyəcək.
Bizim.Media