"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Bizim.Media-nın məlumatına görə, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib.
İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.
Qeyd edək ki, bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq.
Bizim.Media