İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Serxio Aquero xəstəxanada müayinə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Argentinalı forvardın ehtimal olunan ürək problemlərinə görə tibbi müayinədən keçəcəyi bildirilib.
Qeyd edək ki, Oktyabrın 30-da “Barselona” İspaniya çempionatının 12-ci turunda doğma meydanında “Alaves”lə heç-heçə edib (1:1).
Döş qəfəsindəki narahatlıqdan şikayətlən Aquero 41-ci dəqiqədə əvəzlənib.
Bizim.Media