Azərbaycan Premyer Liqasının IX turunda keçirilcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, sabahdan etibarən azarkeşlər sözügedən matça bilet ala biləcəklər.
Qiymətlər müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir.
Biletləri "Azersun Arena"dan və "Park Bulvar"ın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” klubunun fan-şopundan əldə etmək olar.
Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, oktyabrın 30-da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.
Bizim.Media