Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.
Bizim.Media xəbər verir ki, turnirin dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.
+92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib.
1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq.
Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçumuz rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq.
Bizim.Media