Ötən gecə “Barselona”nın “El Klasiko”da “Real”a məğlubiyyətindən sonra azarkeşlər baş məşqçi Ronald Kumana hücum ediblər.
Bizim.Media xəbər verir ki, fanatlar komandanın qazandığı uğursuzluqlardan sonra stadionun çıxışında niderlandlı çalışdırıcının avtomobilinin qarşısını kəsiblər.
Fanatlar Kumandan istefa verib getməsini tələb ediblər. “Barselona” hazırda 15 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Kamp Nou”da baş tutan oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media