“Qarabağ”dan İLK

“Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşı olub.

Bizim.Media xəbər verir ki, klub bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının bir hissəsinə çevrilib.

“Qarabağ” Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda sıfır karbon emissiyasına keçidə dəstək verib.

Bu önəmli yeniliyə münasibət bildirən klubun prezidenti Tahir Gözel bu təşəbbüsə qoşulmaqla “Qarabağ”ın məsuliyyətinin daha da artdığını vurğulayıb:
 

“Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq. Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır.


Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar “Qarabağ”ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub. BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb.

Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları – “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) “Qarabağ”ın dəvətini qəbul edərək alyansa qatılmaqla bağlı deklarasiya imzalayıblar. “Qarabağ” Futbol Klubu bu addımı yüksək qiymətləndirən, klubun öhdəliklərinə, göstərdiyi cəhdlərinə müsbət cavab verən və üzvlüyə qəbul edən UNFCCC komandasına dərin təşəkkür edir.

COP29 çərçivəsində əməkdaşlıq etdiyimiz və klubzun iqlim strategiyasını hazırlayan “Deloitte” şirkəti bu üzvlük prosesində, eləcə də lazımi kommunikasiya və sənədləşmə işlərinin həyata keçirilməsində mühüm rol oynayıb.

Qeyd edək ki, klub bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb.

Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir. (futbolpress.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

End of content

No more pages to load

RADİO