“Birlikdə üzək” yarışlarına START VERİLDİ - FOTO 

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirir.

Bizim.Media xəbər verir ki, bu gün ölkə üzrə eyni vaxtda 30 idman kompleksində yarışlara start verilib.

Bu münasibətlə Bakı Su İdmanı Sarayında yarışların açılışı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib və bütün iştirakçılara uğurlar arzulayıb.
Turnirin baş hakimi Rəşad Əbdürrəhmanov yarışın qaydaları barədə məlumat verib və nazir Fərid Qayıbov yarışı açıq elan edib.

Eyni vaxtda ölkəmizin 30 idman kompleksində başlanan yarış canlı olaraq izlənilib. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

İlk yarış gününün iştirakçılarına medal və sertifikatları nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, federasiyanın baş katibi Fərid Bənənyarlı, Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev təqdim ediblər.
Qeyd edək ki, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçirilir. Dekabrın 26-dək davam edəcək yarışlar gündə iki dəfə, saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

"Sabah" - "Slaviya" oyunu BAŞLADI - CANLI

"Sabah" - "Slaviya" oyunu BAŞLADI - CANLI

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində - FOTO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində - FOTO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını

Azərbaycanda əhalinin borc yükü ARTDI

Azərbaycanda əhalinin borc yükü ARTDI

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Tramp: “ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir”

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

End of content

No more pages to load

RADİO