Oktyabrın 13-də Belçikanın Rusiyadakı səfiri M. Jerebtsov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Belçika diplomatına ölkəsinin hərbi-siyasi rəhbərliyinin Rusiyadan Belçika və Avropaya qarşı artan hibrid, təxribat və birbaşa hərbi təhdidlərin mövcudluğu ilə bağlı bəyanatlarının əsassız olduğu bildirilib.
Rusiya tərəfi Belçika rəsmilərinin Rusiyanı düşmən kimi təqdim edən aqressiv açıqlamalarının gərginliyin daha da artmasına və qarşıdurmanın nəzarətdən çıxması riskinə səbəb olduğunu vurğulayıb.
Moskva Belçika tərəfini bu cür bəyanatların nəticələrini qiymətləndirməyə və Avropa qitəsində gərginliyi artıran anti-Rusiya ritorikasını yumşaltmağa çağırıb.
Bizim.Media