İtaliya A Seriyasında 2026/27 mövsümündə daha bir baş məşqçi istefası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “Venesiya” klubu Covanni Stroppa ilə yollarını ayırdığını açıqlayıb.
Təcrübəli mütəxəssisin gedişinə komandanın A Seriyasının 6-cı turunda “Atalanta”ya 1:3 hesabı ilə uduzması səbəb olub. Bu nəticədən sonra “Venesia” 6 turdan sonra xalsız qalaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Klub rəhbərliyi uğursuz nəticələrə baxmayaraq, Stroppaya gördüyü işlərə görə təşəkkür edib. Onun ötən mövsüm komandanı A Seriyasına yüksəltməsi xüsusi qeyd olunub.
Qeyd edək ki, cari mövsümün sentyabr ayında “Fiorentina”, “Bolonya” və “Parma” da baş məşqçiləri ilə yollarını ayırıblar.
Bizim.Media