ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp AĞ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Bundan əvvəl CNN telekanalı, Pentaqon və ABŞ Dövlət Departamentinin Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq etdiyi bildirilmişdi.
Ukrayna Prezidenti Volodimir Zelenski isə çərşənbə axşamına keçən gecə Qərb tərəfdaşlarının raket buraxılışları barədə Kiyevə kəşfiyyat məlumatları vermədiyini təsdiqləyib.
Bununla belə, Tramp Vaşinqtonun münaqişənin nizamlanması üçün hər iki tərəflə işlədiyini vurğulayıb.
Bizim.Media