Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni oktyabrın 13-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

Bizim.Media xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıb. Xanım Piç Çanmoni qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib.

Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.
 

Gəzinti zamanı Kamboca Krallığının birinci xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.


Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan "Dastan" brendi ilə də tanış olub.

Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib. Burada Kamboca Krallığının birinci xanımı öz rəssamlıq istedadını nümayiş etdirib. Qonağa xatirə hədiyyəsi olaraq "Zadagan" brendinə məxsus İçərişəhərin ornamentlərinin əks olunduğu kəlağayı hədiyyə olunub.

Xanım Piç Çanmoni "BuxarArt" sənət məkanı ilə tanış olub, İçərişəhərin kiçik modelinin ağac üzərində işlənmiş forması qonağa hədiyyə edilib.

Qonaq İçərişəhərdə sakinlərin asudə vaxtlarını səmərəli keçirilməsi üçün yaradılan İcma Mərkəzi, həmçinin yaxın müddətdə abadlaşdırılan "İçiçəri" yaşıl ictimai məkan və Mir Teymur Məmmədovun ev-muzeyi ilə tanış olub. Qonağa muzey və buradakı əsərlər barədə ətraflı məlumat verilib.

Kamboca Krallığının birinci xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Burada xanıma "Dastan" brendinə məxsus tablo hədiyyə olunub.
 

Gəzinti zamanı xanım Piç Çanmoniyə Azərbaycanın ilk "Çaydan Xəzinəsi Muzeyi" barədə də məlumat verilib. Bildirilib ki, muzey dünya çay mədəniyyətinin zənginliyini, müxtəlif xalqların məişət və sənət ənənələrini özündə birləşdirən nadir kolleksiyanı ilk dəfə sistemli ekspozisiya şəklində ictimaiyyətə təqdim edir.


Layihənin əsas özəlliklərindən biri dünya çay mədəniyyətinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələri ilə vəhdət təşkil etməsidir. Azərbaycan çay süfrəsinin ayrılmaz atributları olan samovar və armudu stəkanla yanaşı, ekspozisiyada qədim Şəki ərazisindən aşkarlanmış 3400 illik gil samovar da xüsusi yer tutur. Bu, kəklikotu, nanə və müxtəlif ədviyyatlarla hazırlanan dəmləmə mədəniyyətimizin çox qədim köklərə malik olduğunu sübut edir.

İçərişəhərlə tanışlıq xanım Piç Çanmonidə xoş təəssürat yaradıb.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ

Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Tərlan Quliyev vəfat etdi

Tərlan Quliyev vəfat etdi

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi? – FOTO

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi? – FOTO

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

End of content

No more pages to load

RADİO