“Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma Moskvanın məqsədlərinə nail olacağını anlamayanlar üçün dərs olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Moskva hər zaman siyasi həllin tərəfdarı olub.
“Əgər qarşı tərəf buna hazır deyilsə, məqsədlərə hərbi yolla nail olunacaq. Bu halda qarşı tərəfin danışıqlardakı mövqeyi zəifləyəcək”, – deyə Ryabkov əlavə edib.
Bizim.Media