Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın üzvü Teymur Mirzəyev zədə səbəbindən heyətdən çıxarılıb.
Onun əvəzinə “Sabah”ın digər üzvü Elgün Dünyamaliyev heyətə cəlb olunub.
Bizim.Media