Ermənistan sakini Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər rayonu ərazisində avtomobillə qəza törədib.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytlarından biri məlumat yayıb. Məlumata görə, yanvarın 20-də saat 22: 07-də u200b qondarma separatçı rejimin qanunsuz “fövqəladə hallar” qurumunun Kəlbəcər ərazisi üzrə şöbəsinə xa0Kəlbəcər rayon mərkəzindən Zar kəndinə gedən yolun 12-ci kilometrində yol qəzası baş verməsi haqda informasiya daxil olub. Xilaskarlar yardım göstərmək üçün hadisə yerinə yollanıb.
Məlum olub ki, Ermənistanın xa0Vayotz-Dzor mərzinin Qladzor kənd sakini O.Q. digər həmkəndlisi E.N. ilə birlikdə xa0“Niva” markalı avtomobillə yoldan çıxıb və uçurumdan aşağıda axan çaya düşüb. Nəticədəxa0 sərnişin E.H. yerindəcəxa0 ölüb, O. Q. isə müxtəlif xa0dərəcəli xəsarətlərlə Kəlbəcərdəki xəstəxanaya aparılıb.
Sultan Laçın