"Yüz il öncə olduğu kimi, xəritələri yenidən cızmaq fikrindədirlər" - FOTOLAR

Türkiyənin yaxınlığındakı ölkələrdə ”“ Misirdə, İraqda, Suriyada və son günlər İranda baş verən hadisələri görürük. Kimlərsə yenə planlar qururlar. Beynəlxalq güclər Suriyanı darmadağın etdilər. Halbuki bundan 5 il öncə Suriya xalqı normal həyatını yaşayırdı. Eyni ssenarini bu gün İran üçün həyata keçirməyə çalışırlar. Türkiyə üçün də belə ssenarilər qurublar. 15 iyulda Türkiyə xalqı onlara lazımi dərsi verdi,xa0 oyunlarını pozdu.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin Qars vilayətinin valisi Rahmi Doğan Sarıqamış şəhidlərini anma mərasimləri çərçivəsində yanvarın 5-də şəhid və qazi ailələri ilə keçirilən görüşdə deyib.

Vali bildirib ki, əvvəllər diplomatik qaydalar var idi. Bu gün diplomatiyanı bir kənara qoyaraq Türkiyə dövlətinin əleyhinə hər cür hiyləyə əl atırlar. Ancaq türk xalqı onların bütün oyunlarını pozacaqdır.

“Bu bölgənin xəritəsini yenidən cızmaq istəyirlər. Yüz il öncə olduğu kimi, yenə də özlərinə uyğun olaraq xəritələri yenidən cızmaq fikrindədirlər. Onlar Türkiyənin də sərhədlərini dəyişdirmək arzusundadırlar. Ancaq çox şükür ki, bizim güclü dövlətimiz, güclü ordumuz və liderimiz vardır. Ona görə də beynəlxalq güclər bu istəyinə heç vaxt nail ola bilməyəcək. Bu millətin mübarizə ruhu, birlik və bərabərliyi də belə istəkdə olanların arzusunu gözündə qoyacaq”x9d, - Rahmi Doğan belə deyib.

sarikamis-sehitlerini-anma-etkinlikleri-basladi-(11).jpg

Sarıqamış hərəkatından da danışan Qars valisi bildirib ki, Sarıqamış bu millətin bəyaz dastanıdır. Sarıqmış bu millətin övladlarının yay paltarında, 40 dərəcə şaxtada vətənimizi müdafiə etmə, vətənimizə dastan yazma hekayəsidir. Bizim gənclərimiz Sarıqamışda 42 il oxunmayan azanı yenidən oxudublar. Bayrağı sancmaq üçün Allahu-Əkbər dağına yürüş ediblər. Sayı çox da önəmli deyil. Onların sayı hər zaman 90 min şəhid deyə ifadə edilib. Bir nəfər belə bizim üçün çox qiymətlidir. Önəmli olan buradakı ruhdur. Sarıqamışdakı ruh bu gün də vardır, bundan sonra da olacaqdır. Çünki bu ruh bu millətin genlərində, qanındadır.

sarikamis-sehitlerini-anma-etkinlikleri-basladi-(9).jpg

Həmin gün Sarıqamışda Türkiyənin Gənclik və İdman Nazirliyinin və Qars Valiliyinin birgə təşkilatçılığı ilə 15 iyul demokratiya şəhitləri meydanında toplanan minlərlə insan 15 dərəcə şaxta olmasına baxmayaraq, əllərində bayraqlar və məşəllərlə 3 kilometr uzaqlıqdakı Yuxarı Sarıqamış şəhidliyinə yürüyüş edib. Bundan əvvəl isə Sarıqamışdakı Kazım Qarabəkir Paşa məscidində şəhidlərin ruhuna dualar oxunub.

Meşaleler

Sarıqamış şəhidlərini anma mərasimləri yanvarın 7-dək davam edəcək.

Qeyd edək ki, Sarıqamış şəhidlərini anma mərasimlərində Qars Valiliyinin dəvəti ilə Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə də iştirak edir.

Xatırladaq ki, 103 il öncə Dünya savaşında Türkiyənin düşdüyü vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan edir. Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıqamış dağlarını, 10-cu ordu isə Allahu-əkbər dağlarını aşaraq rusları Sarıqamışda mühasirəyə almalı idi.

Hərbi nazir Ənvər paşanın hazırladığı plana əsasən Sarıqamışa iki istiqamətdən-Sarıqamış və Allahu-əkbər dağlarından hücum edilərək rus qoşunlarına zərbə endirilməli idi. Nəzərdə tutulan “Sarıqamış”x9d hərəkatını icra edəcək 3-cü ordu 9, 10, 11-ci kolordular və 2-ci süvari dəstəsindən təşkil olunmuşdu. Ruslar 100 min, 3-cü ordunun sayı isə 120 min əsgər idi. Türk ordusunun sayca çox olmasına rəğmən ruslar ağır silah, topçu və təchizat baxımından ciddi bir üstünlüyə sahib idilər.

Beləliklə, 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Yeri gəlmişkən, Azərbaycan türklərinin də daxil olduğu ordu isti geyimlə də təchiz olmamışdı. 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər. Və 90 min əsgər donaraq şəhid olur. Türkiyə hər il Sarıqamışda şəhidləri anma mərasimləri keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti

“Bütün yayı qocalarla parkda nərd oynadım” – 87 yaşlı Xalq artisti

Rəşad Sadıqov: "Qurbanov 1 oyun uduzdu millidən göndərildi, indi də…"

Rəşad Sadıqov: "Qurbanov 1 oyun uduzdu millidən göndərildi, indi də…"

4 keçi bir adanı məhv etdi

4 keçi bir adanı məhv etdi

Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ

Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ

656 bal topladı, paytaxt əvəzinə bölgə universitetini seçdi

656 bal topladı, paytaxt əvəzinə bölgə universitetini seçdi

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Qırğızıstana gedirlər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Qırğızıstana gedirlər – VİDEO

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – ABŞ və İrandan qarşılıqlı hücumlar – VİDEO

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – ABŞ və İrandan qarşılıqlı hücumlar – VİDEO

Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

NASA 2 milyard qalaktika haqqında məlumat toplayacaq teleskopu kosmosa göndərdi

NASA 2 milyard qalaktika haqqında məlumat toplayacaq teleskopu kosmosa göndərdi

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

End of content

No more pages to load

RADİO