Suriyada İŞİD terrorçuları rus zabitini öldürüb.xa0
Moderator.az rus mediasına istinadən xəbər verir ki, İŞİD terrorçularınıən Suriya ordusunun hərbi qarnizonunu atəşə tutması nəticəsində rus hərbi məsləhətçi zabiti ölüb. Rus hərbçisi aldığı güllə yarasından yerindəcə keçinib.
Rus zabiti suriyalı hərbçilərə təlim keçirmiş, onları silahla necə davranmağı öyrədirmiş. Rusiya Suriyada ölən zabiti dövlət mükafatı verilib.
Qeyd edək ki, bununla Suriyada hava hücumu başalyandan Rusiya üçüncü hərbçisini itirir.
Bunların biri noyabrın 24-də SU-24 qırıcı təyyarənin vurulması nəticəsində ölən pilot Oleq Peşkov, hərbi əməliyyatlar nəticəsində dəniz piyada döyüşçüsü Aleksandr Pozıniçdir. Bundan əlavə olaraq terrorçular ruslara məxsus Mİ-8 vertolyotunu da məhv ediblər.