FHN-dən ÇAĞIRIŞ: “Taxıl zəmilərinin yanında siqaret çəkmək qadağandır!” – VİDEO

Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində qeyd olunub.
 

Bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:


"taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır, yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir, taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir, biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir, işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır, tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir, əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır, yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışmalı və “112” qaynar xəttinə məlumat verilməlidir".

Nəzərə alınmalıdır ki, biçindən sonra əkin yerinin yandırılması qadağandır və bu əməllərə yol verilməsi inzibati məsuliyyət yaradır.

"Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə, müraciətdə bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

Süni intellektlə hazırlanan saxta həkim videoları qlobal biznesə çevrilib

End of content

No more pages to load

RADİO