Moderator.az xəbər verir ki, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı "14 saylı CÇM- də məhbus ölümü və siyasi məhbus problemi ilin yekunlarında" adlı mövzuda 30 dekabr saat 12 00- da KXCP qərargahında mətbuatın iştirakı ilə toplantı keçirəcək. Toplantıda 14 saylı CÇM- də işgəncə nəticəsində qətlə yetirilmiş məhkum Elşad Babayevlə bağlı məsələ, digər həbs yerlərindəki saxlanma şəraiti, eləcə də siyasi məhbus problemi müzakirə olunacaq.
14 saylı CÇM- dəki məhbus ölümünə etiraz edən,
siyasi məhbuslara dəstək olan hər kəs tədbirdə iştirak edə bilər.
Səxavət Cabbarov