Ev heyvanları saxlayın, depressiya ilə vidalaşın...

"Ev heyvanları stres və həyəcanı azaldır, depressiyanı aradan qaldırır, tənhalığı yüngülləşdirir, ürək-damar fəaliyyətinə müsbət təsir edir..."
 
"Yaşlı adamların ev heyvanları ilə təmasda olması məmnunluq gətirir, həyatın mənasını və sevincini duymağa kömək edir..."
 
"Ev heyvanları Altsheymer və demensiyalı xəstələrə kömək edir..."
 
Ekspert yaşlı adamlar üçün tüklü dostlarının faydasından danışıb
 
Ev heyvanları insanlara münasibətdə, davranışımıza və emosiyalarımıza kifayət qədər həssasdır. Məsələn, itlər istifadə etdiyimiz sözlərin çoxunu anlamaq, səs tonumuzu, bədən dilimizi və jestlərimizi interpretasiya etmək qabiliyyətinə malikdir.
 
Moderator.az xəbər verir ki, bu barədə Misirin "Almasry Alyoum" nəşri yazıb.
 
İnsanların əksəriyyəti indiyədək sevimli tüklü ev heyvanlarının fiziki və psixoloji sağlamlığı qoruyub saxladığını bilmir, çünki yalnız bu yaxınlarda insan və heyvanların əlaqələrinin üstünlükləri barədə elmi tətqiqatlar aparılıb.
 
"Almasry Alyoum" bu mövzuda ekspertlə söhbət edib.
 
Baytar cərrah Əmirə Əl-Həyat deyib ki, ev heyvanları, xüsusilə it və pişiklər stresi, həyəcanı azaldır, depressiya təzahürlərini aradan qaldırır, tənhalığı yüngülləşdirir, idmanla məşğul olmağa sövq edir, habelə ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır.
 
Əl-Həyat deyib ki, ev heyvanları yaşlı adamlar üçün qiymətli yoldaş ola bilər. Ən başlıcası, onlar həyatımıza əsl sevinc və səksiz sevgi bəxş edir.
Ekspert izah edib ki, ev heyvanları olan insanlar sağlamlıq üçün daha çox fayda əldə edir.
 
Lakin ev heyvanları təkcə it və ya pişik olmaya da bilər. Əgər başqa heyvanlara allergiyanız varsa və ya evdə kifayət qədər yer olmadıqda, dovşan ideal variant ola bilər. Siz axı bağrınıza basmaq üçün tüklü dostunuzun olmasını istəyirsiniz.
 
Əmirə Əl-Həyat həmçinin qeyd edib ki, quşlar sosial qarşılıqlı əlaqəyə və yaşlı insanlarda iti ağılı saxlamağa kömək edir, akvariumda balıqları müşahidə etmək əzələ gərginliyini azaldır və nəbzin tezləşmısinin qarşısını alır.
 
Baytar vurğulayıb ki, it, pişik və ya başqa ev heyvanları ilə oynamaq serotonin və dofaminin miqdarını artırır, onlar sakitləşdirici təsir göstərir. Ev heyvanları olanlarda triqliseridlərin və xolesterininn (ürək xəstəliklərinin göstəriciləri) miqdarını xeyli azdır. O, əlavə edib: "65 yaşdan yuxarı olan ev heyvanlarının sahibləri həkimləri 30 faiz az ziyarət edir".
 
Əl-Həyat izah edib ki, belə terapevtik təsirin səbəblərindən biri odur ki, heyvanlar insanın təmaslara olan əsas tələbatını ödəyir. O, qeyd edib ki, həbsdə olan cinayətkarlar ev heyvanları ilə təmaslardan sonra davranışlarında uzunmüddətli dəyişikliklər nümayiş etdirir, çünki bir-birilərinə qarşılıqlı bağlılıq hiss edir.
 
O, həmçinin deyib ki, insan stres və ya həyəcan keçirəndə ev heyvanına toxunanda sakitləşir. Ev heyvanı ilə ünsiyyət tənhalığı daha asan keçirməyə kömək edir, əksəriyyət itlər isə fiziki hərəkətlər üçün stimul verir, bu da əhval-ruhiyyəni yüksəldir və depressiyanı yüngülləşdirir.
 
Bir çox tədqiqatlar göstərib ki, ev heyvanları olanlar depressiyaya nisbətən daha az məruz qalır. Həmçinin stress halında arterial təzyiq daha aşağı olur. Hipertoniyası olan adam it saxlayırsa, beş ay müddətində arterial təzyiq xeyli aşağı düşür.
 
Ev heyvanlarının yaşlı adamlar üçün faydası
 
Ev heyvanlarının olması sağlam qocalıqda mühüm rol oynayır, onlara həyatın mənasını və sevincini axtarmağa kömək edir. Yaş ötdükcə biz əvvəllər həyatımızın mənasını təşkil edənləri itiririk. Biz işləməyə son verir, övladlarımız bəzən bizdən uzaqlaşır. Ev heyvanlarına qulluq etmək bizə məmnunluq gətirir, əhvalımızı yüksəldir, bizə nikbinlik aşılayır. 
 
Ev heyvanları Altsheymer və demensiyalı xəstələrə necə kömək edir?
 
Ev heyvanları pozitiv nitqsiz ünsiyyətin mənbəyinə çevrilir. Belə olan halda Altsheymer xəstəliyi olan pasiyentlər daha az stres və həyəcan keçirir.
 
Devisdə Kaliforniya Universitetinin tədqiqatına görə, evdə it və ya pişik varsa, yaxşı öyrədilmiş və sözəbaxan heyvanın xoş ünsiyyəti və incə toxunuşu Altsheymer xəstəliyi olan pasiyenti sakitləşdirir və onun aqressiyasını azaldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Qeysəriyyə dedilər, həkim razı olmadı" – Buzovnadakı uşaq ölümünün təfərrüatı - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

End of content

No more pages to load

RADİO