COP29 mirası: Milli rəqəmsal “yaşıl” jurnalistika və “IDEA” İctimai Birliyinin sosial media fəaliyyəti qlobal ekoloji hərəkatın əsas mənbəyi kimi

Tarix sübut edir ki, media orqanları tərəfindən işıqlandırılan materiallar hər zaman ictimaiyyət tərəfindən artan maraqla qarşılanır. Son illər aparılan təhlillər göstərir ki, bu fikir xüsusilə ekoloji problemlərlə bağlı nəşrlərə aiddir. Məhz ekoloji gündəm əhalinin davranış niyyətlərini formalaşdırır, fəallıq dərəcəsini müəyyən edir və ekoloji düşüncə mədəniyyətini yaradır.

Bəzi mütəxəssislərin qənaətincə, mediada nəzərə çarpan konvergensiya prosesləri, eləcə də medianın rəqəmsallaşması əvvəlki strukturların, münasibətlər sistemlərinin, peşələrin dağılmasını sürətləndirir. Konvergensiya prosesləri ilə eyni vaxtda divergensiya, yəni əvvəlki qırılmaz əlaqələrin və texnoloji zəncirlərin sıradan çıxması prosesləri baş verir.

Media biznesinin rəqəmsallaşma prosesi kontekstində bütün ənənəvi media həm məzmunun müntəzəm versiyaları, həm də onlayn mühit üçün rəqəmsal formatda məzmun yaradır.

Rəqəmsal media məkanının inkişafında daha bir prinsipial mühüm tendensiya auditoriya ilə bağlıdır ki, onun özü də bu məkanın fəal subyektinə çevrilir. İnformasiyanın yayılmasında, onun tirajında, şərhində və sosial şəbəkələrdəki nəşrlərə, yazılara və şərhlərə qiymətlərinin formalaşmasında auditoriyanın rolu görünməmiş sonsuz böyükdür.

Mütəxəssislərin qənaətincə, rəqəmsal media mühitində çalışan və “yeni peşəkarlar” ilə uğurla rəqabət apara bilən jurnalistlərə ehtiyac təkcə media sənayesi səviyyəsində deyil, bütövlükdə cəmiyyət səviyyəsində də özünü göstərir. Bunu həm jurnalistlərlə bloqqerlər arasında qarşıdurma və rəqabətlə bağlı müzakirələr, həm də gənclərin bir neçə əsr əvvəl yaranmış, lakin indi rəqəmsal yeniləşməni yaşayan peşədə tapmaq istəyi sübut edir.

Qeyd edək ki, ekoloji fəallıq məsələləri bu gün elmin və sənayenin müxtəlif sahələrində tədqiqatlar aparan dünya alimləri tərəfindən araşdırılır. Aparılan tədqiqatlar arasında rəqəmsal mühitdə ekoloji fəallıq və sosial mediada “yaşıl” jurnalistika xüsusilə diqqət çəkir.

“Yaşıl” jurnalistika və qlobal ətraf mühit

Bu gün qlobal cəmiyyətin əsas sosial və siyasi məsələləri kimi dəyərləndirilən ekoloji dayanıqlılıq və iqlim dəyişikliyi ilə mübarizə jurnalistikanın və media qurumlarının fəaliyyətində önəmli yer tutur. Media platformaları təbii dünya və ekoloji risklər haqqında əvəzolunmaz məlumatların əsas təchizatçılarıdır.

“Yaşıl” jurnalistikanın tarixinə nəzər salsaq, ilk öncə qeyd etməliyik ki, onun formalaşması və inkişafı problemi ilk dəfə 1986-cı ildə, Çernobıl AES-in nüvə reaktorunda partlayış xəbəri ilə dünyanı şoka salan zaman ictimai müzakirəyə çıxarılıb. Mütəxəssislərin qənaətincə, bu hadisədən sonra ictimaiyyət informasiya vakuumunun yaratdığı böyük ekoloji gərginlik yaşayıb.

Jurnalistlər səriştəsizliyi, texniki vasitələrin (internet və mobil rabitə) olmaması, ekoloji məlumatların məxfiliyi ucbatından informasiyaya olan sosial tələbatı ödəyə bilməyiblər.

Yeri gəlmişkən qeyd edək ki, “yaşıl” jurnalistika insanların ətraf mühitə istehlakçı münasibətinə və müasir elmi-texniki tərəqqinin mənfi təsirinə cavab olaraq müxtəlif ekoloji təşkilatlarla birlikdə meydana çıxıb. O, özündə müxtəlif ekoloji problemləri işıqlandırmaqda ixtisaslaşan jurnalları, qəzetləri, dayjestləri, xəbər bülletenlərini və müxtəlif ekoloji problemləri işıqlandırmaqda ixtisaslaşan digər dövri elektron və çap nəşrlərini ehtiva edir.

“Yaşıl” medianın oxucu və dinləyici auditoriyası müxtəlif yaş katerqoriyasından olan fərqli peşə sahiblərini vahid bir maraq – ekoloji dayanıqlılıq, iqlim dəyişmələri ilə qlobal mübarizə haqqında məlumatlı olmaq məqsədi güdür. “Yaşıl” medianın  və jurnalistikada ekoloji hərəkatın formalaşdırılmasının əsas məqsədi ətraf mühit haqqında daha şəffaf və əlçatan məlumat uğrunda mübarizədir.

Aparılan elmi tədqiqatlar göstərir ki, qlobal ekoloji jurnalistika son onilliklər ərzində çətin inkişaf bir yol keçib. Yarandığı ilk illərdə “yaşıl” media ekoloji problemlərin işıqlandırılması qeyri-bərabər idi və ardıcıl olmayan, dövri xarakter daşıyıb. Lakin bu gün ölkəmiz kimi qlobal iqlim dəyişikliyi ilə mübarizənin ilk sıralarında yer alan dünya dövlətlərində “yaşıl” medianın institusionallaşması müşahidə olunur. Ekoloji jurnalistikasının tarixi onun möhkəmlənməsini çoxölçülülüyün inkişafı və insan həyatının və cəmiyyətin ən müxtəlif sahələri ilə əlaqələrin inkişafı ilə göstərir.

“IDEA” İctimai Birliyinin qlobal sosial media platformasında “yaşıl” jurnalistika fəaliyyəti

Bildiyimiz kimi, 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi (İnternational Dialogue for Envormental Action – IDEA) yaradılıb. Öz ətrafında əsas etibarilə gənc nəsli toplayan İDEA Leyla xanımın rəhbərliyi ilə qlobal cəmiyyətin diqqətini ekoloji böhranın qarşısını almaq üçün qarşıya çıxan problemlərin həlli istiqamətində səfərbər edir.

Leyla Əliyevanın simasında həm İDEA, həm də Azərbaycan gəncliyi qlobal iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi istiqamətində mühüm nailiyyətlər qazanıb.


Yarandığı ilk gündən mühüm layihələrə imza atan İDEA qısa zaman kəsiyində dünyanın 90 ölkəsindən 1200 nəfər gənc ekoloq və tələbənin iştirakı ilə “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqəsi kimi müxtəlif layihələr həyata keçirib. Elə həmin il keçirilən Qəbələdə keçirilən beynəlxalq konfrans və BMT və Avropa Şurası ilə birgə beynəlxalq gənc ekoloqlar düşərgəsi, 2012-ci ildə BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) “Yaşıl həftə” konfranslar silsiləsi, digər bu kimi konfrans və görüşlər sayəsində İDEA dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqlar şəbəkəsinin yaranmasına nail olub.

Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ilin noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə ekologiya ayı elan edilib.

İDEA İctimai Birliyinin rəsmi instagram səhifəsində 21 Mart – Beynəlxalq Meşə, 30 Mart – Beynəlxalq Sıfır Tullantı, 11 May – Ümumdünya Köçəri Quşlar, 22 May – Beynəlxalq Bioloji Müxtəliflik, 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri və s. kimi ekologiya, iqlimşünaslıq və ətraf mühitin mühafizəsini özündə əks etdirən əlamətdar tarixlər, habelə İDEA ekoloji məktəbinin fəaliyyəti və nailiyyətləri haqqında Azərbaycan və ingilis dillərində informasiya yer alır.

Cəmiyyətdə içməli su və digər təbii sərvətlərin israfının qarşısını almaq məqsədi ilə “Evdə qida israfını azaltmaq üçün ağıllı və asan məsləhətlər” onlayn layihəsi, “Tullantıdan sənətə” əyani və virtual sərgisi İDEA tərəfindən beynəlxalq ictimaiyyətin mənafeyinə xidmət edən mühüm addımlardır.

2023-cü ilin dekabrın 28-də Bakı şəhəri Atatürk parkında IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən ağacların qeydiyyatı və nömrələnməsi layihəsinə start verilib.

Leyla Əliyevanın iştirak etdiyi layihənin açılış tədbiri rəqəmsal medianın və “yaşıl” jurnalistikanın maraqlı xəbərlərindəndir.

Qeyd edək ki, instagram sosial şəbəkəsində IDEA İctimai Birliyinin “Azərbaycanın 10 möcüzəsi” xüsusi layihəsi çərçivəsində hazırlanan ekran əsərlərinin təqdimat mərasimlərindən hazırlanan xəbərlər dünyanın müxtəlif ölkələrindən olan oxucuların böyük marağına səbəb olur. Adıçəkilən layihənin yeddinci ekran əsəri olan “Qızılağac Milli Parkı – Xəzər nağılı” sənədli filminin təqdimat mərasimini işıqlandıran xəbər geniş oxucu kütləsinin diqqətini çəkməklə yanaşı, müxtəlif ölkələrdən olan izləyicilərin Qızılağac Milli Parkı barədə məlumatlanmasına zəmin yaradıb.

Bunlar son 12 il ərzində İDEA İctimai Birliyinin sosial media səhəfilərində işıqlandırılan layihələrin, tədbirlərin, xəbərlərin və s. çox az hissəsidir. Ancaq yuxarıda göstərilən nümunələr bir daha sübut edir ki, İDEA İctimai Birliyi nəinki ekoloji sabitliyin qorunması, qlobal iqlim dəyişikliyi ilə mübarizə, gənc nəslin ekoloji savadlılığının artırılması işlərində qarşısına qoyduğu məqsədlərə yüksək səviyyədə müvəffəq olub, eyni zamanda ölkəmizdə və regionda rəqəmsal “yaşıl” jurnalistikanın, “yaşıl” sosial media fəaliyyətinin yaradılmasına, davamlı inkişaf etdirilməsinə təkan verib.

Beləliklə, göstərilən faktlar qlobal media platformasında XX əsrin ikinci yarısında geniş auditoriyaya yayılmağa başlayan ekomedianın və “yaşıl” jurnalistikanın milli mətbuatımızda təzahürünün çox cüzi hissəsidir.

Günel Məmmədova, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin üzvü, Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

End of content

No more pages to load

RADİO