COP29-a gələn almaniyalı nazirin Bakıda “masaj” və “alış-veriş” keyfi…

COP29-da iştirak üçün Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbok qəribə nüanslarla yadda qaldı. Berbok Bakıda qlobal iqlim problemlərindən bəhs etməli, həll yolları təklif etməli, COP29-un işinə töhfə verməli idi. Almaniya kimi inkişaf etmiş bir ölkənin xarici siyasətinə rəhbərlik edən şəxsdən gözlənilən bu idi. Axı Almaniya sənayesinin inkişafına görə dünyanın qabaqcıl ölkəsinə çevrilməsi ekologiyanın korlanması hesabına başa gəlib və Berlin qlobal iqlim problemlərinin həllinə həm maliyyə, həm də digər formalarda dəstək verməyə borcludur.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Berbokun Bakı səfəri isə tamamilə fərqli nüanslarla yadda qaldı.

Almaniyalı nazir Bakıya sanki qlobal iqlim probleminin müzakirə edilməsi üçün yox, turist kimi gəlmişdi. Onun Bakıda özünü “alış-verişə” həsr etməsi də bunun əyani nümunəsi idi.
 

Başadüşüləndir, xanım nazir 17 illik həyat yoldaşından ayrılıb, görünür, Bakıda “şopinq”lə öz şəxsi problemindən uzaqlaşmaq istəyib. Lakin bu ona əsas vermir ki, Azərbaycana qarşı əsassız iddiaları səsləndirsin. Berbok Bakıya gəlişindən öncə İrəvana səfər etmişdi, halbuki, bu almaniyalı nazirin regional səfəri deyildi ki, hansısa “balans” yaratmaq üçün belə bir marşrut seçsin. O, BMT-nin tədbiri olan COP29-un keçirildiyi Bakıya səfər etmişdi, bu baxımdan, əvvəlcə Ermənistana getməsi anlaşılan deyil. Onun Bakıda Azərbaycanla bağlı erməni gündəliyinə uyğun olan iddialar səsləndirməsi göstərdi ki, Berbok İrəvana elə-belə getməyib.


Beləliklə, şəxsi problemlərindən qaynaqlanan aqressiyasına erməni maraqlarını da qarışdıran almaniyalı nazir Bakı səfərinin mahiyyətini bir kənara qoyaraq, “insan haqları” ilə bağlı qondarma iddialar üzərindən çıxışlar etdi. COP29 isə bir kənarda qaldı. Bu isə Almaniya kimi bir ölkəyə heç də başucalığı gətirmir. Almaniya inkişaf etmiş bir ölkə kimi qlobal iqlim problemlərinin həllinə töhfə verməlidi. Berbokun Bakıda “alış-veriş”lə məşğul olması və qaldığı oteldə “masa xidməti”ndən gen-bol yararlanması Almaniyanın iqlim problemlərinin həllində heç də maraqlı olmadığını göstərdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO