BMT COP29-da iştirak edən ölkələri konkret qərarlar qəbul etməyə çağırdı - FOTO

BMT bildirib ki, iqlim böhranı ilə mübarizə üçün yeni qlobal maliyyə həllini müzakirə etmək məqsədilə Azərbaycanda bir araya gələn ölkələr “teatr oyunlarına son qoymalı” və ciddi işə başlamalıdır.

Bizim.Media xəbər verir ki, bu fikirlər Britaniyanın “The Guardian” nəşrində dərc olunan məqalədə yer alıb.

Mənbə yazır ki, Böyük Britaniya və Braziliya inkişaf etməkdə olan ölkələrə ildə ən azı 1 trilyon dolların necə yönəldilməsi ilə bağlı çağırış edib. Onlar bildiriblər ki, yoxsul ölkələrin istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirləri ilə mübarizə aparmaq üçün maliyyə vəsaitinə ehtiyacı var. Varlı dövlətlər isə bu məsələdən yayınmağa çalışır.

Məqalədə bildirilir: “Ötən həftə 200-ə yaxın ölkənin rəsmiləri potensial sazişin mətnini hazırlamaq üçün çalışdılar, lakin bir çox ölkələr qərar qəbul etmə səlahiyyətlərinə malik nazirlərini yalnız iki həftə davam edəcək görüşün ikinci yarısı üçün Azərbaycanın paytaxtı Bakıya göndərdilər. BMT-nin iqlim üzrə rəhbəri Saymon Stil konfransda deyib: “Yeni gələn nazirlər qollarını çırmalamalı və ən çətin məsələlərə nüfuz etməlidirlər. Bluffing, brinksmanship və əvvəlcədən düşünülmüş oyunlar konfransın qiymətli vaxtını hədər yerə aparır. Beləliklə, gəlin teatr oyunlarına son qoyaq və bu həftə əsl işə başlayaq.”
 

Britaniya nəşri qeyd edir ki, Saymon Stil varlı ölkələrə ekstremal havanın təsirindən əziyyət çəkən ən yoxsullara kömək etməyin onların marağında olduğunu xatırladıb. O vurğulayıb ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil və iqtisadiyyatı, habelə insanları iqlimin geniş təsirlərindən qorumaq hər bir ölkənin marağındadır”.


“The Guardian” COP29-un Prezidenti Muxtar Babayevin sözlərini də sitat gətirib: “Siyasətçilərin ədalətli və iddialı razılaşma əldə etmək gücü var. Onlar bu məsuliyyəti yerinə yetirməli, dərhal və konstruktiv şəkildə bu məsələ ilə məşğul olmalıdırlar. Mümkün olan ən yüksək ambisiya həqiqətən çətindir və cəsarət tələb edir. Həmkarlar, indi cəsarətli olmağın vaxtıdır”.

Məqalədə diqqətə çatdırılır ki, Böyük Britaniya və Braziliya konsensus əldə olunmasına kömək etmək üçün bu ölkələrlə işləyəcəklər. Mübahisələrə səbəb olan məqamlar inkişaf etmiş ölkələrin öz büdcələrindən və özəl sektordan ayrılacaq vəsaitin həcmi, Çin kimi inkişaf etməkdə olan sənayeləşmiş iqtisadiyyatları və Səudiyyə Ərəbistanı kimi neft dövlətlərini daxil etmək üçün töhfə verənlərin sayınının artırılması, həmçinin hədəfə hansı müddətə çatmağın müəyyən edilməsidir.

Daha sonra qeyd olunur ki, Avstraliyanın iqlim və energetika naziri Kris Bouen danışıqların maliyyə planına rəhbərlik etmək vəzifəsini daşıyır. O, misirli həmkarı Yasmin Fuad ilə birlikdə “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) danışıqlarına cavabdehdir.

Bouen “The Guardian”a prosesin çətin olduğunu deyib. NCQG inkişaf etmiş ölkələrin yardım büdcələri, Dünya Bankı kimi inkişaf bankları və özəl sektor da daxil olmaqla, inkişaf etməkdə olan ölkələrin gözləyə biləcəyi maliyyə məbləği və onun haradan gəlməsi barədə rəqəmləri ehtiva etməlidir. Məqsədlərə çatmaq üçün son tarixlər və maliyyələşməyə hansı ölkələrin və necə daxil ola biləcəyi ilə bağlı qaydalar da daxil olmaqla, sazişin strukturu da əsasdır. Bu amillər bir-biri ilə əlaqəlidir və ona görə də birini digəri olmadan həll etmək mümkün deyil.

Britaniya nəşrinin yazdığına görə, “Power Shift Africa” analitik mərkəzinin direktoru Mohamed Adou bildirib ki, inkişaf etmiş ölkələr bu məsələdə məsuliyyəti öz üzərinə götürməlidir. O deyib:

“İqlim maliyyəsi hədəfi həm dövlət maliyyə təminatını, həm də yeni və innovativ mənbələrin səfərbər edilməsi məqsədini əhatə etməlidir. Bu mənbələrə hazırda Braziliyada G20-də müzakirə olunan sərvət vergisi və müntəzəm uçuşlar kimi yüksək karbonlu fəaliyyətlərə görə vergilər daxil edilə bilər”.

Afrikalı analitik bildirib ki, inkişaf etmiş ölkələr adaptasiya ehtiyaclarını ödəmək və iqlim böhranı nəticəsində yaranan itki və zərərin öhdəsindən gəlməyə kömək etmək üçün ictimai, qrant əsaslı maliyyə təminatı olmadan Bakını tərk edə bilməzlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO