COP29-da yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olundu - FOTO

COP29 çərçivəsində noyabrın 18-də “Yaşıl işlər və bacarıqlar” mövzusunda yüksək səviyyəli üçtərəfli dəyirmi masa təşkil edilib.

Bizim.Media xəbər verir ki, COP29 Sədrliyi / Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sessiyada iqlim dəyişmələrinə davamlı iş yerlərinin yaradılması üçün kadr ehtiyatını necə təmin etmək, əsas problemləri və innovativ həlləri vurğulamaqla hazırkı işçiləri necə yenidən hazırlamaq barədə müzakirələr aparılıb.
 

Sessiyada iqlim dəyişikliklərinə uyğunlaşma prosesində yaşıl iqtisadiyyatın inkişafı üçün peşə bacarıqlarının artırılması, əmək bazarının çevikliyi əsas mövzular olub.


Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, insan kapitalı məsələsinə diqqət yetirmək çox önəmlidir: “Bazar iqtisadiyyatı, təcrübəli mütəxəssislər və sair iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə çox önəmlidir. Qadınları, fiziki qüsurlu insanları və digər iş tapmaqda çətinlik çəkən insanları əmək bazarına cəlb etmək lazımdır. Biz 100-dən çox təşkilatla əməkdaşlıq edirik. Yaşıl enerji ilə bağlı yeni işlər yaranır və bu işlərə tələbat çoxalır.

Beləliklə, təhsilli kadrlar yetişdirmək çox önəmlidir”.

Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze çıxışında diqqətə çatdırıb ki, ən önəmli prioritetlərdən biri də dövlət tərəfindən maliyyələşən yeni əmək təlimlərinin həssas bölgələrdə təşkili və daha sonra həmin şəxsləri yeni iş yerləri ilə təmin etməkdir. O bildirib ki, ən əsas hədəf regionlarda, tətil bölgələrində iş yerlərinin yaradılmasıdır. Yaşıl iş yerləri yalnız yeni iş vakansiyaları yaratmaq deyil, ətraf mühitə daha məsuliyyətli yanaşmaqdır.

Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamentində Parlament Dövlət Katibinin müavini (təbiət naziri) Mary Creagh çıxışı zamanı yoxsulluq məsələsi barədə danışıb:

“Bizim hədəflərimizdən biri yoxsulluğun qarşısını almaqdan ibarətdir. Bu forumda bir araya gələrək biz də ətraf mühit məsələlərinə öz töhfəmizi veririk. 6,3 milyon iş yerinin iqtisadi transformasiya nəticəsində itiriləcəyini gözləyirik. Buna görə “Skills England” adlı yeni əmək təlimlərini təşkil edən təşkilat yaratmışıq”.

Tərəfdaş qurumlar iqlimə davamlı iş yerlərinin yaradılması və mövcud işçilərin yenidən hazırlanması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları, həmçinin innovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələri müzakirə ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO