COP29-a gələn xarici jurnalistlər bu qoruqlara səfər etdilər - FOTO

Noyabrın 17-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkəti ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna birgə mediatur təşkil edib.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, budəfəki mediatura qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin gələcək nəslə ötürülməsində mühüm rol oynayan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğundan başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniyalı müəllif: Bakı kosmopolit şəhərdir, yenidən bura qayıtmağı çox istəyirəm


Jurnalistlərə açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, dulusçuluq kimi qədim sənət nümunələri təqdim edilib. Onlar qoruq ərazisində yerləşən məscid, hamam, habelə memarlıq və arxeoloji abidələrlə tanış olublar.

Xarici media nümayəndələri, həmçinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək qədim abidənin tarixi haqqında ətraflı məlumat alıblar.

Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” bütün dünyada tanınır, yerli memarlıq ənənələri üslubunda tikilmiş məbəd özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir.
 

Qonaqlar Abşeronun Məhəmmədi kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedərək dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni də müşahidə ediblər.


Qeyd olunub ki, burada Yanardağla yanaşı, “Qurd yuvası” mağarası, çoxəsrlik tarixə malik iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı və digər maddi-mədəni irs nümunələri mövcuddur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO