“Azərbaycanda xərçəngin sürətlə artmasına səbəb qohum evlilikləridir”- Professordan ŞOK AÇIQLAMA

Azərbaycanda xərçəng xəstələrinin sayı sürətlə artır. Ötən il Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı 8 305 nəfər olub, onun da 1 121-i süd vəzisi xərçənginin payına düşüb. Ölənlərin 30 %-i 0-39 yaş aralığında olanlardır. 

Azərbaycanda hazırda 62 min 385 onkoloji xəstə qeydiyyatdadır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) məlumatıdır. Əslində isə onkoloji xəstələrin sayı daha artıqdır. Qeyri-rəsmi rəqəmlər bu sayın təxminən 100 minə çatdığını da bildirirlər. Ümumdünya Səhiyyə Təşkilatı isə 2025-ci ilə qədər dünyada xərçəng xəstələrinin sayının artaraq 20 milyona çatacağını proqnozlaşdırır.
 

MÖVZU İLƏ BAĞLI:

AQTA vətəndaşlara çağırış edib: "Xərçəngə səbəb olan şəkərli qidalar...”


Məlumat üçün bildirək ki, bu ilin dövlət büdcəsində onkoloji xəstəliklərlə mübarizəyə 50 milyon manat pul ayrılıb. 

Yəni hər xəstəyə cəmi 800 manata qədər… 

Bu, bir onkoloji xəstənin bir illik müalicəsinə və dərmanlarına təqribən 300-400 manat pul edir. 

Xərçəngin konkret yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, bu ölümcül xəstəliklə mübarizə aparmaq heç də bütün orqanizmlərdə uğurlu olmur. Yalnız erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. 
Ümumiyyətlə, bu xəstəlik niyə sürətlə artmaqdadır? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin xüsusi çəkisi bütün dünyada artmaqdadır:

“Çox təssüflər olsun ki, hətta dünyanın inkişaf etmiş, səhiyyəsi güclü olan ölkələrində belə bu xəstəlik artır. Söhbət ondan gedir ki, dünyada çox ciddi bir ekoloji fəlakət var. Bu, qlobal iqlim dəyişikliyinə bağlıdır. 

Qlobal iqlim dəyişikliyinin ucbatından atmosfer havasının çirklənməsi, havada xərçəng törəmələrinin artması, əhali arasında siqaret çəkənlərin getdikcə çoxalması, “fast-food”lara meyllərin artması, insanların aşırı qida qəbul etməsi, artıq çəki, tənbəllik, fiziki aktivliyin aşağı düşməsi, avtomobillərin havaya atdığı zəhərli tullantılar və bu kimi çox sayda səbəbləri saymaq olar ki, bu gün xərcəngin əsasında dayanır”. 

Həkimin sözlərinə görə nə qədər canlı hüceyrə var, o qədər də xərçəng olacaq və bu xəstəliyin qarşısını almaq heç vaxt mümkün olmayacaq:

“Amma xəstəliyin sayını minimuma endirmək, onun müalicəsinin nəticələrini daha da yaxşılaşdırmaq, yaşam tərzini uzatmaq, genefondu sağlamlaşdırmaq istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq. Aşırı qida qəbulundan çəkinmək, fiziki aktivliyi artırmaq, zərərli vərdişlərdən uzaq durmaq, mümkün qədər avtomobillərin texniki durumunu yaxşılaşdırmaq, qazanxana və istixanaların havaya buraxdığı tullantıların miqdarını mümkün qədər azaltmaq çox vacibdir. 

Bunların bir hissəsini dövlət həyata keçirir, bir hissəsi isə vətəndaşın özündən asılıdır. 

Bunlar qarşılıqlı həyata keçməsə və genefondun sağlamlaşdırılması ilə bağlı addımlar atılmasa, xəstəliyin qarşısını da almaq olmaz. Onkologiya həm də genetik faktorlara da bağlıdır. Azərbaycanda uzun müddət yaxın qohum evliliklərinin olması da gen mutasiyalarını xeyli artırıb. Bunlar da onkoloji xəstəliklərin baş verməsində özəl rol oynayan amillər sırasındadır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

Əməkdar artist Züleyxa Hacıyeva VƏFAT ETDİ

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

SEPAH cavab zərbəsində çox sayda ABŞ əsgərinin məhv edildiyini AÇIQLADI

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

Paytaxtın əsas girişində hərəkət dayanır – Xəbərdarlıq

İmişlidə "Mercedes" yandı - FOTO

İmişlidə "Mercedes" yandı - FOTO

End of content

No more pages to load

RADİO